Hindistanda terror aktı törədilib, ölən və xəsarət alanlar var
Digər ölkələr
- 06 mart, 2022
- 14:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın şimalında törədilən terror aktı nəticəsində azı 1 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
“Report” bu barədə NDTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, hadisə Cammu və Kəşmirin paytaxtı Şrinaqarda qeydə alınıb. Naməlum terrorçular insanların sıx olduğu bazarda bir qrup polis və hərbçiyə qumbara atıblar. Yaralılar xəstəxanaya çatdırılıb.
Polis zabiti Rakeş Balvalın sözlərinə görə, terror aktı zamanı 71 yaşlı kişi öldürülüb: “Yaralılardan daha bir nəfərin - gənc qadının vəziyyəti ağırdır".
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
Son xəbərlər
12:52
AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur
Maliyyə
12:52
Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq
Ekologiya
12:49
Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək
İnfrastruktur
12:47
"Bank Avrasiya"nın mənfəəti 30 % azalıb
Maliyyə
12:45
"Qarabağ" klubu Muarem Zekirin hakimi təhqir etməsi iddiasına münasibət bildirib
Futbol
12:39
Məsim Məmmədov: "Gələn il Laçında yolların yenilənməsinin II mərhələsi başlayacaq"
İnfrastruktur
12:37
Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək
Region
12:35
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihəyə 1,1 milyard manat pul qoyulacaq
Biznes
12:34
"Air India"ya məxsus təyyarə bomba təhlükəsinə görə Caypurda təcili eniş edib
Digər ölkələr