Hindistanda silahlılar polisə atəş açıb

Hindistanda silahlılar polisə atəş açıb Ən azı 11 nəfər polis ölüb, ikisi isə yaralanıb
Digər ölkələr
11 Mart , 2017 14:29
Hindistanda silahlılar polisə atəş açıb

Bakı. 11 mart. REPORT.AZ/ Hindistanın Çxattisqarx ştatında maoçu-silahlılar Mərkəzi rezerv polisinin (CRPF) patruluna hücum edib.

"Report" TASS-a istnadən xəbər verir ki, ən azı 11 nəfər polis ölüb, ikisi isə yaralanıb.

"The Times of India" qəzetinin yazdığına görə, silahlılar Sukma dairəsində polislərə atəş açıb. Onlar polislərin silah və radioaparatlarını əldə edə bilib.

Hadisə yerinə əlavə qüvvələr göndərilib. "Mərkəz hökumətlə birbaşa əlaqə saxlayır. Sukmadakı hücuma görə, məsuliyyət daşıyanlar məhkəmə qarşısına çıxarılacaq", - qəzet daxili işlər naziri Racnatxa Sinqxin sözlərini sitat gətirib. 

Son xəbərlər

Orphus sistemi