Hindistanda pirotexniki vasitələrin partlayışı nəticəsində onlarla insan xəsarət alıb

Hindistanda pirotexniki vasitələrin partlayışı nəticəsində onlarla insan xəsarət alıb Hindistanın cənubunda, Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi pirotexniki vasitələrin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.
Digər ölkələr
19 fevral 2025 04:54
Hindistanda pirotexniki vasitələrin partlayışı nəticəsində onlarla insan xəsarət alıb

Hindistanın cənubunda, Kerala ştatının Malappuram şəhərindəki stadionda futbol matçı öncəsi pirotexniki vasitələrin partlaması nəticəsində 30-dan çox insan xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə NDTV polisə istinadən məlumat yayıb.

Pirotexniki vasitələr tribunaların yaxınlığında, tamaşaçıların qarşısında partladılıb. Nəticədə ətrafdakıların üzərinə qığılcımlar düşüb.

Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Polis araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi