Hindistanda Oman sultanının ölümü ilə bağlı ümummilli matəm elan edilib

Hindistanda Oman sultanının ölümü ilə bağlı ümummilli matəm elan edilib Hindistan hakimiyyəti Oman sultanı Qabus bin Səidin vəfatı ilə bağlı bazar ertəsi günü ölkə ərazisində ümummilli matəm elan edib.
Digər ölkələr
12 Yanvar , 2020 12:39
Hindistanda Oman sultanının ölümü ilə bağlı ümummilli matəm elan edilib

Hindistan hakimiyyəti Oman sultanı Qabus bin Səidin vəfatı ilə bağlı bazar ertəsi günü ölkə ərazisində ümummilli matəm elan edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Dаxili İşlər Nаzirliyinin nümayəndəsi bildirib.

"Əlahəzrət sultan Qabus bin Səid Al Səud 2020-ci il yanvarın 10-da ölüb. Yüksək vəzifəli mərhuma ehtiram əlaməti olaraq Hindistan hökuməti qərar qəbul etdi ki, 13.01.20 tarixində bütün Hindistanda birgünlük milli matəm elan edilsin", - nazirliyin nümayəndəsinin xəbərində (mesajında) deyilir.

Bu münasibətlə Hindistanın dövlət bayraqları endiriləcək. Dаxili İşlər Nаzirliyində həmçinin qeyd ediblər ki, bazar ertəsi ölkədə əyləncə xarakterli rəsmi tədbirlər olmayacaq.

Oman sultanı Qabus bin Səid Əl Səud yanvarın 10-da vəfat edib. Sultanlıq dəftərxanası tərəfindən yayılan xəbərdə qeyd edilirdi ki, 79 yaşlı Qabus bin Səid uzunsürən xəstəlikdən ölüb. 

Son xəbərlər

Orphus sistemi