Hindistanda nəqliyyat deposu uçub, 8 nəfər ölüb, 3 nəfər yaralanıb

Hindistanda nəqliyyat deposu uçub, 8 nəfər ölüb, 3 nəfər yaralanıb 1952-ci ildə tikilmiş bu, binanın uçmasına yağışın səbəb olduğu güman edilir
Digər ölkələr
20 Oktyabr , 2017 10:06
Hindistanda nəqliyyat deposu uçub, 8 nəfər ölüb, 3 nəfər yaralanıb
Flickr / meg and rahul

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hindistanın Tamilnad ştatının Naqapattinam dairəsinin Porayar yaşayış məntəqəsində nəqliyyat deposunun bir hissəsinin uçması nəticəsində azı 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı binanın içində Tamilnad Nəqliyyat Şirkətinin növbədən sonra dincələn əməkdaşları, sürücülər, avtobus konduktorlar olub.

Hadisənin səbəbi hələ ki məlum deyil.

Məlumata görə, son bir neçə gündə Porayar ştatına güclü yağış yağıb. 1952-ci ildə tikilmiş bu, binanın uçmasına yağışın səbəb olduğu güman edilir. 

Son xəbərlər

Orphus sistemi