Hindistanda neftçiləri daşıyan vertolyot dənizə düşüb, 5 nəfər ölüb

Hindistanda neftçiləri daşıyan vertolyot dənizə düşüb, 5 nəfər ölüb Vertolyot suya 60 metr hündürlükdən çırpılıb
Digər ölkələr
14 Yanvar , 2018 12:40
Hindistanda neftçiləri daşıyan vertolyot dənizə düşüb, 5 nəfər ölüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Hindistanda yerli Neft və təbii qaz komissiyasının üzvlərini daşıyan vertolyotun qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.

"Report" "Indian Express"ə istinadən xəbər verir ki, hadisə yanvarın 13-ü səhər saatlarında baş verib.

Göyərtəsində 7 nəfərin, o cümlədən 5 neftçinin olduğu hava gəmisi Hindistanın qərb sahillərində qəzaya uğrayıb.

Vertolyotla əlaqə uçuşdan bir qədər sonra kəsilib. Hava gəmisi Ərəb dənizində yerləşən neft quyularından birinə gedirmiş. Elə həmin gün xilasedicilər Mumbaydan 50 km məsafədə, suda vertolyotun qalıqlarını tapıblar. Xilasetmə işləri davam etdirilir.

Qəzanın bütün səbəblərinin müəyyən edilməsi üçün araşdırma aparılır. Xilasedicilərin məlumatına görə, vertolyot suya 60 metr hündürlükdən düşüb.

Son xəbərlər

Orphus sistemi