Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı

Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda ölənlərin sayı 34-ə çatıb.
Digər ölkələr
27 Fevral , 2020 10:52
Hindistanda iğtişaşlarda ölənlərin sayı artdı
google.az

Hindistanın paytaxtı Nyu-Dehlidə 4 gün ərzində iğtişaşlarda ölənlərin sayı 34-ə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yaralıların sayı 200-dən çoxdur.

Xatırladaq ki, paytaxtda fevralın 24-dən yeni vətəndaşlıq qanununun tərəfdarları və əleyhdarları arasında toqquşmalar baş verir.

Hindistan parlamentinin vətəndaşlıq qanununa qəbul etdiyi düzəlişlərə əsasən, qonşu Əfqanıstan, Pakistan və Banqladeşdən təzyiqlərdən qaçaraq Hindistana pənah gətirən qeyri-müsəlmanları vətəndaşlığa qəbul etmək üçün sadələşdirilmiş qayda tətbiq olunacaq. Bu qanun Hindistan müsəlmanları arasında narazılığa səbəb olub.

Son xəbərlər

Orphus sistemi