Hindistanda iğtişaşlar nəticəsində 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb - VİDEO

Hindistanda iğtişaşlar nəticəsində 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb - VİDEO Bakı. 24 may. REPORT.AZ/ Hindistanın Tamil Nadu ştatında yerləşən Tutikorin şəhərində polislə nümayişçilər arasında son iki gündə baş verən toqquşmalarda azı 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb.
Digər ölkələr
24 May , 2018 11:41
Hindistanda iğtişaşlar nəticəsində 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb - VİDEO

Bakı. 24 may. REPORT.AZ/ Hindistanın Tamil Nadu ştatında yerləşən Tutikorin şəhərində polislə nümayişçilər arasında son iki gündə baş verən toqquşmalarda azı 13 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, mayın 22-dən bu liman şəhərində kütləvi nümayişlər başlayıb. Etirazçılar "Sterlite Industries" şirkətinə məxsus çuqunəridən zavodunun bağlanmasını tələb edib, eləcə də yeni zavodun tikintisinə qarşı çıxıblar.

Sakinlər bu şirkətin işinin Tutikorin şəhərini çirkləndirdiyini və yerli əhalinin səhhətinə mənfi təsir göstərən əsas səbəblərindən biri olduğunu düşünürlər.

Son xəbərlər

Orphus sistemi