Hindistanda qəzaya uğramış hərbi helikopterin bütün ekipaj üzvləri həlak olub - YENİLƏNİB

Hindistanda qəzaya uğramış hərbi helikopterin bütün ekipaj üzvləri həlak olub - YENİLƏNİB Helikopterdə yeddi nəfər olub
Digər ölkələr
6 Oktyabr , 2017 11:45
Hindistanda qəzaya uğramış hərbi helikopterin bütün ekipaj üzvləri həlak olub - YENİLƏNİB
TАСС/ СЕРГЕЙ БОБЫЛЕВ

Bakı. 6 oktyabr. REPORT.AZ/ Hindistanın şimal-şərqində "Mi-17" hərbi-nəqliyyat helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların sayı yeddiyə çatıb.

"Report" yerli "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, Hindistan Hərbi Hava Qüvvələrindəki mənbə göyərtədə olan yeddi nəfərin hamısının öldüyünü təsdiq edib.

Hadisənin başvermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılacaq.


***11:00

Hindistanın şimal-şərqində "Mi-17" hərbi-nəqliyyat helikopterinin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub, 1-i yaralanıb.

Bu barədə "Report" "Times of India"ya istinadən xəbər verir.

Hadisə bu gün səhər saatlarında Arunaçal-Pradeş ştatında Tavanq şəhəri yaxınlığında baş verib.

Helikopterin göyərtəsində 6 nəfər olub. Yaralının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi