Bakı. 24 sentyabr. REPORT.AZ/ Hindistanda ağır yol qəzası baş verib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli KİV xəbər yayıb.
Məlumata görə, hadisə Madxya-Pradeş ştatında, Uddjayn şəhərində qeydə alınıb. Sərnişin və yük avtomobillərinin toqquşması zamanı 10-dan çox adam ölüb, bir neçə nəfər xəsarət alıb.
İlkin məlumata görə, hadisəyə səbəb yük avtomobilinin sərnişin maşınının yoluna çıxması olub.
Faktla bağlı araşdırma aparılır.