Hindistanda anomal soyuqlar səbəbindən 40-dan çox adam ölüb

Hindistanda anomal soyuqlar səbəbindən 40-dan çox adam ölüb Uttar-Pradeş ştatında rekord soyuq qeydə alınıb
Digər ölkələr
10 Yanvar , 2018 15:02
Hindistanda anomal soyuqlar səbəbindən 40-dan çox adam ölüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında ötən sutka ərzində anomal soyuqlar səbəbi ilə 40-dan çox adam ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, son həftə ərzində bu ştatda rekord soyuq qeydə alınıb, müxtəlif regionlarda temperatur -7,5 dərəcəyə qədər enib.

Ümumilikdə, yanvarın 5-dən etibarən burada 143 nəfər ölüb, ölənlər arasında uşaqlar da var.

Soyuq hava şəraiti ilə əlaqədar bütün ibtidai və orta məktəblərdə dərslər ləğv edilib.

Son xəbərlər

Orphus sistemi