Hindistanda 8 terrorçu həbsdən qaçıb

Hindistanda 8 terrorçu həbsdən qaçıb Onlar mühafizəçini öldürərək hasarı mələfənin köməkliyi ilə aşıblar
Digər ölkələr
31 Oktyabr , 2016 07:39
Hindistanda 8 terrorçu həbsdən qaçıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Hindistanda fəaliyyəti qadağan olunmuş "Hindistan tələbələrinin islam hərəkatı" qruplaşmasının (SIMI) səkkiz fəalından ibarət qrup Madhya-Pradeş ştatının Bxopal şəhərindəki türmədən qaçıb.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, Bxopalın mərkəzi həbsxanasının dustaqları bazar ertəsinə keçən gecə, bütün ölkə üzrə Divali bayramı qeyd olunan zaman qaçıblar.

Onlar mühafizəçini öldürüblər və həbsxana hasarını bir-birinə bağlanmış mələfələrin köməkliyi ilə aşıblar.

Son xəbərlər

Orphus sistemi