Hindistanda 70 nəfərdən çox insan daşatma festivalında xəsarət alıb

Hindistanda 70 nəfərdən çox insan daşatma festivalında xəsarət alıb Hindistanda hər il keçirilən “Bagwal” adlı daşatma festivalında azı 75 nəfər xəsarət alıb.
Digər ölkələr
23 Avqust , 2021 15:06
Hindistanda 70 nəfərdən çox insan daşatma festivalında xəsarət alıb

Hindistanda hər il keçirilən “Bagwal” adlı daşatma festivalında azı 75 nəfər xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Times of India” nəşri məlumat yayıb.

"Bədrlənmiş ay" gününə həsr olunmuş festival hər il Uttarakhand ştatının Devidhura məbədi ərazisində keçirilir. Bayram zamanı iştirakçılar tanrının rəğbətini qazanmaq üçün bir-birlərinə daş atırlar.

2013-cü ildə ştat məhkəməsi daşın meyvə və güllərlə əvəz edilməsi haqqında qərar qəbul etsə də, möminlər tanrıya “qanlı qurban” verilməməsinin bədbəxtliklərə səbəb olacağını iddia edərək bundan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi