Hindistanda 70 nəfər təbii fəlakətin qurbanı olub
Digər ölkələr
- 26 iyun, 2015
- 10:59
Bakı. 26 iyun. REPORT.AZ/ Hindistanın qərbində yerləşən Qucarat ştatında azı 70 nəfər leysan nəticəsində əmələ gəlmiş daşqın və torpaq sürüşməsinin qurbanı olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu dövlət naziri Nitin Patel bildirib.
Onun sözlərinə görə, daşqın nəticəsində təkcə Amreli rayonunda 26 nəfər ölüb.
Hindistan Hərbi Hava Qüvvələrinin vertolyotları vasitəsi ilə avtobusun 44 sərnişini xilas edilib.
Daşqın təhlükəsinə görə Amreli, Rackot, Bhavnaqar və Gir-Somnath şəhərlərinin əhalisi evlərini tərk etməyə məcbur olublar.
Qucarat hökuməti ölənlərin hər birinin ailəsinə 6,3 min dollara yaxın maliyyə yardımı ayırıb. Məlumata əsasən, daha çox xəsarət alan rayonlara da maddi yardımlar ediləcək.
Son xəbərlər
16:48
Gürcüstanlı jurnalist: Azərbaycana hər gəlişimdə bu ölkəni özüm üçün yenidən kəşf edirəm
Media16:45
Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
Digər ölkələr16:44
Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-avqust, 2026)
Maliyyə16:43
Monteneqroda çempion olan Ayxan Mirzəzadə: "Avropada himnimizi səsləndirmək böyük qürur hissidir"
Fərdi16:29
Foto
"Global Media Group" növbəti dəfə "Talassemiyasız həyat naminə" könüllü qanvermə aksiyasına qoşulub
Sağlamlıq16:26
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
İnfrastruktur16:25
Azərbaycanın kollektor agentliyi səhm və istiqraz buraxır
Maliyyə16:22
La-Manşa miqrantları xilas etmək üçün gəmilər göndəriləcək
Digər ölkələr16:17