Hindistanda 56 nəfərin ölümündə şübhəli bilinən cinayətkar tutulub

Hindistanda 56 nəfərin ölümündə şübhəli bilinən cinayətkar tutulub Bakı. 23 yanvar. REPORT.AZ/ Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun – Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.
Digər ölkələr
23 Yanvar , 2018 06:06
Hindistanda 56 nəfərin ölümündə şübhəli bilinən cinayətkar tutulub

Bakı. 23 yanvar. REPORT.AZ/ Hindistan polisi ölkədə ən çox axtarılan terrorçunun – Abdulla Sübhan Kureşinin yaxalandığını xəbər verib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, o, 2008-ci ildə Əhmədabadda törədilmiş silsilə partlayışlarda iştirak etməkdə şübhəli bilinir. Partlayışlar nəticəsində 56 nəfər həlak olub.

Agentlik polisdəki mənbəyə istinadən bildirib ki, Kureşi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qısamüddətli atışmadan sonra yaxalanıb. O, partlayıcı qurğular üzrə mütəxəssis hesab edilir.

Kureşi Hindistanın "Bin Laden"i adlandırılıb.

Son xəbərlər

Orphus sistemi