Yuxarı

Hindistanda 10-dan çox adam "samoqon"dan zəhərlənərək ölüb

Hadisə Bihar ştatının Qopalqanc dairəsində baş verib

Bakı. 17 avqust. REPORT.AZ/ Hindistanın Bihar ştatında kustar üsulla hazırlanmış spirtli içki - "samoqon" içdiklərinə görə azı 11 nəfər ölüb, 5 nəfərin vəziyyəti isə ağırdır.

"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ştatın Qopalqanc dairəsində qeydə alınıb.

Ölənlərin yaxınlarının sözlərinə görə, onlar kustar üsulla hazırlanmış içkini çərşənbə axşamı qəbul edib. Ardından onların halı pisləşib, nəfəs almaqda çətinlik çəkiblər, qarınlarında ağrılar başlayıb. Onlar xəstəxanaya çatdırılsalar da, orada keçiniblər.

Polis hadisənin araşdırılması üçün qrup yaradıb və hələlik ölümə "samoqon"un səbəb olduğunu təsdiq etmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi