Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edib
Kameron Rusiyadan Britaniya vətəndaşının azad olunmasını tələb edibBöyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron Britaniya vətəndaşı olan Vladimir Kara-Murzanın Rusiya tərəfindən əsassız həbs edildiyini vurğulayaraq rəsmi Moskvadan onun dərhal azadlığa buraxılmasını tələb edib.
"Report" xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Rusiyanın Vladimir Kara-Murzanın hökmündən verilən apellyasiya şikayətini rədd etməsi rəzalətdir. Britaniya vətəndaşı olan Vladimir heç bir cinayət törətməyib. O, siyasi məhbusdur, Rusiya tərəfindən müharibə əleyhinə çıxış etdiyinə görə saxlanılıb və dərhal azad edilməlidir",- Baş nazir qeyd edib.
It is an outrage that Russia has rejected Vladimir Kara-Murza's appeal against his sentence.
Vladimir, a British national, has committed no crime. He is a political prisoner, held by Russia in revenge for speaking out against the war, and should be released immediately.