Hindistan səfiri: “Cəmiyyətimizdə qadınların rolu sürətlə artır”

Digər ölkələr
  • 20 noyabr, 2023
  • 13:53
Hindistan səfiri: “Cəmiyyətimizdə qadınların rolu sürətlə artır”

“Hindistanlı qadınlar sosial sahədə getdikcə daha çox yeni peşələrə yiyələnirlər, bunun nəticəsində onların cəmiyyətdəki rolu sürətlə artır”.

“Report” xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Hindistanda qadınlar kino sənayesindən tutmuş kosmik sənayeyə qədər bir sıra sahələrdə mühüm uğurlar qazanıblar. Nümunə kimi səfir qeyd edib ki, Hindistan bu il qadın alimlərin iştirakı ilə Aya bir missiya göndərib:

“Məmnuniyyətlə bildirmək istəyirəm ki, Hindistan parlamenti bu yaxınlarda parlamentin aşağı palatasında və ştatların qanunvericilik orqanlarında qadınların 33 faizinin təmsilçiliyini təmin edən tarixi qanun qəbul edib. Bununla da, qadınların ölkənin qanunvericilik orqanlarında daha geniş iştirakı təmin ediləcək”.

Son xəbərlər

Bütün Xəbər Lenti