​Hindistan Nepala xilasedicilər və tibbi yardım göndərir

​Hindistan Nepala xilasedicilər və tibbi yardım göndərir Dağıdıcı zəlzələnin qurbanlarının sayı 688 nəfərə çatıb
Digər ölkələr
25 Aprel , 2015 17:34
​Hindistan Nepala xilasedicilər və tibbi yardım göndərir

Bakı. 25 aprel. REPORT.AZ/ Hindistan Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Nazirliyinin (NDRF) əməkdaşları olan iki təyyarəni və tibbi heyətlə bir təyyarəni Nepala göndərir. 

Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyinin mətbuat katibi Sitanşu Kar şəxsi "twitter" səhifəsində yazıb.

"Hindistan HHQ-nin "C-130J Superhercules" təyyarəsi NDRF heyəti ilə Hindon hərbi bazasından Katmanduya uçub", - o bildirib.

Onun sözlərinə görə, axşam fəlakət zonasına Bhatinda bazasından Hindistan HHQ-nin daha bir "İl-76" təyyarəsi NDRF heyəti ilə yola düşəcək.

NDTV kanalının yaydığı məlumata görə, Katmanduya uçan təyyarənin göyərtəsində NDRF-nin 40 əməkdaşı və 4 tona yaxın tibbi yardım var.

Qeyd edək ki, "Reuters"in məlumatına görə, dağıdıcı zəlzələnin qurbanlarının sayı 688 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi