Hindistan Ərəbistan dənizində hücumların qarşısını almaq üçün 10-a yaxın gəmi ayırıb

Digər ölkələr
  • 12 yanvar, 2024
  • 07:28
Hindistan Ərəbistan dənizində hücumların qarşısını almaq üçün 10-a yaxın gəmi ayırıb

Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) Ərəbistan dənizi və Ədən körfəzində təhlükəsizliyi izləmək 10-a yaxın gəmi cəlb edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

“Hindistan HDQ-nin 6-10 böyük hərbi gəmisi, o cümlədən esmineslər, freqatlar və patrul gəmiləri, ticarət gəmilərinə dron hücumlarının qarşısını almaq üçün Somali sahilləri yaxınlığında yerləşdirilib”, - məlumatda qeyd edilib.