Hindistan Banqladeşin keçmiş Baş nazirinin vizasını uzadıb

Hindistan Banqladeşin keçmiş Baş nazirinin vizasını uzadıb Hindistan etirazlar fonunda istefa verdikdən sonra ötən ilin avqustundan ölkədə olan Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinənin vizasını uzadıb.
Digər ölkələr
8 Yanvar , 2025 11:49
Hindistan Banqladeşin keçmiş Baş nazirinin vizasını uzadıb

Hindistan etirazlar fonunda istefa verdikdən sonra ötən ilin avqustundan ölkədə olan Banqladeşin keçmiş Baş naziri Şeyx Həsinənin vizasını uzadıb.

“Report” xəbər verir ki, bu barədə “The Business Standard” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Viza Əcnəbilərin Qeydiyyatı üzrə Regional Büro tərəfindən uzadılıb. Eyni zamanda, mənbələr Şeyx Həsinəyə ölkədə sığınacaq verilməsi ilə bağlı ehtimalları təkzib edib və Hindistanda qaçqınlarla bağlı məsələləri tənzimləyən xüsusi qanunun olmadığını qeyd edib.

Qeyd edək ki, Banqladeşin Xarici İşlər Nazirliyi (XİN) Hindistanın xarici siyasət idarəsinə rəsmi qaydada müraciət edərək soyqırımı, insanlığa qarşı cinayətlər və insanların kütləvi şəkildə itkin düşməsində ittiham olunan keçmiş Baş nazir Şeyx Həsinənin ölkəyə ekstradisiyasına kömək etməyi xahiş edib.

Son xəbərlər

Orphus sistemi