Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib

Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnləri “çirkab deşiklərdən” gəldiyini deyib
Digər ölkələr
13 Yanvar , 2018 00:59
Hillari Klinton Trampın irqçi baxışlarını pisləyib

Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi və hazırki prezident Donald Trampın prezidentlik postuna əsas rəqibi olmuş Hillari Klinton ABŞ liderinin “irqçi baxışlarını” tənqid edib.

"Report"un məlumatına görə, bununla bağlı H. Klinton "Twitter"də yazıb.

«Səkkiz il əvvəl baş vermiş dağıdıçı zəlzələninn ildönümü günü faciəni yada salmaq, dözmkar Haiti xalqını anmaq və ABŞ-ın öz qonşusuna yardım etmək niyyətini göstərmək əvəzinə, biz Trampın ona bənzəməyənlər haqqında savadsız, irqçi baxışlarına dair fikirləri eşitməyə vadarıq”, - deyə H. Klinton qeyd edib.

Qeyd edək ki, D.Tramp immiqrasiya məsələlərinə dair iclasda ABŞ-a Afrika ölkələri, Haiti və Salvadordan gələnlərin "çirkab deşiklər"dən gəldiklərini deyib.

Artıq Haiti hökuməti öz ünvanına səsləndirilən alçaldıcı ifadələrə görə izahat verilməsi üçün ABŞ-ın bu ölkədəki nümayəndəsini aidiyyati quruma çağırıb. 

Son xəbərlər

Orphus sistemi