Hillari Klinton: "Tramp ABŞ-ı müflis edəcək"

Hillari Klinton: "Tramp ABŞ-ı müflis edəcək" Xanım diplomat ABŞ prezidenti seçkilərindəki əsas rəqibini kəskin tənqid edib
Digər ölkələr
22 İyun , 2016 09:58
Hillari Klinton: Tramp ABŞ-ı müflis edəcək

Bakı. 22 iyun. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klinton seçkilərdəki əsas rəqibi Donald Trampı kəskin şəkildə tənqid edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, xanım diplomat milyarder namizədin ABŞ-ı müflis edəcəyini vurğulayıb.

"Biz ona ABŞ-ı müflis etməyə imkan verə bilmərik. ABŞ Trampın uğursuz kazinolarından biri deyil", - deyə H.Klinton Ohayo ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.

Xanım namizəd, həmçinin D.Trampı Uoll Stritlə əlaqələrinin olmasına və adi vergi ödəyicilərinin hesabına ABŞ-ın maliyyə elitasının maraqlarını qorumaq istəməsinə görə də tənqid edib.

"O, milyarderlərə üç trilyon dollar məbləğində güzəştli pul ayıracaq. 120 min varlı amerika ailəsinə 120 milyon sadə amerika ailəsinə verdiyindən daha çox pul verəcək", - deyə H.Klinton qeyd edib.

D.Tramp isə rəqibinin bu sözlərinə sosial şəbəkələrdə cavab verib. "Twitter"dəki tvitlərinin birində o, özünü "borc kralı" adlandıraraq, tərəfdarlarını biznes təcrübəsinin ABŞ-ın xarici borcunu azaltmağa kömək edəcəyinə inandırmağa çalışıb.

Son xəbərlər

Orphus sistemi