Yuxarı
    Bağlamaq

    Hillari Klinton özünü teleserial qəhrəmanı ilə müqayisə edib

    Trampın mitinqlərində camaat onu məni həbsə atmağa çağırırdı

    Bakı. 14 sentyabr. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton memuarlarında özünü "Taxt-tac oyunu" teleserialının personajı - kraliça Serseya Lannisterr ilə müqayisə edib.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, siyasətçi bu barədə "Nə baş verib" adlı memuarlar kitabında yazıb.

    "Trampın mitinqlərində camaat onu məni həbsə atmağa çağırırdı. Onlar qışqırırdılar: "Günahkardır! Günahkardır!, eynən "Taxt-tac oyunu"ndakı dini fanatiklərin Serseya Lannister Qırmızı qəsrə gedərkən "Ar olsun! Biabırçılıq"! qışqırmaları kimi", - deyə kitabda gətirilən sitatda bildirilir.

    Klintonun təsvir etdiyi səhnə Corc Martinin "Buz və alovun nəğməsi" kitabında və ədəbi mənbənin ekran əsərində - "Taxt-tac oyunu" teleserialında var.

    "Nə baş verib" kitabının təqdimatı sentyabrın 12-də baş tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi