Yuxarı

Hillari Klinton Ayovadakı ilkin seçimlərdə azacıq fərqlə qalib gəlib

Hesablamalara görə, Klinton 699 şərti vahid qazanıb və Sandersi üstələyib

Bakı. 2 fevral. REPORT.AZ/ Hillari Klinton Ayovadakı ilkin seçimlərdə azacıq fərqlə Berni Sanders üzərində qələbə qazanıb. "Report" CNN-ə istinadən xəbər verir ki, Demokratlar Partiyasının yerli şöbəsinin nəticələri bunu göstərir.

Hesablamalara görə, H.Klinton B.Sandersin 695 şərti vahidinə qarşı 699 şərti vahid toplayıb. Amma bu hələ yekun nəticələr deyil. Belə ki, hələ bir seçki məntəqəsində səslər hesablanmayıb. Bu səbəbdən Klinton hələlik rəsmən ilkin seçkilərin qalibi elan edilməyib.

Qeyd edək ki, şərti vahidlər səslərin proporsional bölgüsü üçün istifadə olunur və sonradan çətin bir sistem əsasında nümayəndələrin sayına transformasiya olunur. Bu nümayəndələr isə Demokratlar Partiyasının partiya qurultayında prezident seçkisinə namizədin kimliyini müəyyənləşdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi