Yuxarı

Hillari Klinton ABŞ paytaxtına ştat statusu vermək niyyətindədir

Xanım siyasətçinin sözlərinə görə, o, Vaşinqtonun statusunun dəyişdirilməsi üçün fəal təşviqat aparacaq

Bakı. 12 may. REPORT.AZ/ Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa ən real iddiaçı olan Hillari Klinton ölkə paytaxtı Vaşinqtona ştat statusu verilməsinə çalışacaq.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi "The Washington Informer" üçün yazdığı məqalədə bildirib.

Xanım siyasətçinin sözlərinə görə, o, Vaşinqtonun statusunun dəyişdirilməsi üçün fəal təşviqat aparacaq.

"Vaşinqton, Kolumbiya dairəsi 700 min amerikalının evidir. Bu isə bəzi ştatların əhalisinin sayından çoxdur. Şəhər sakinləri başqaları kimi orduda qulluq edir, vergi ödəyir. Amma onların Konqresdə səsvermə hüququ yoxdur", - H.Klinton yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi