İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir

İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir O, 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb
Digər ölkələr
20 May , 2017 06:54
İrandakı prezident seçkilərində Həsən Ruhani liderlik edir
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ İranın hazırkı prezidenti Həsən Ruhani bu ölkədə keçirilmiş prezident seçkilərində liderlik edir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Xəbərdə bildirilir ki, Həsən Ruhani 37 milyon seçici səsinin hesablanmasına görə rəqiblərini qabaqlayıb. Mənbə agentliyə bildirib ki, 40 milyonluq seçki bülleteninin 37 milyonunun hesablanmasına əsasən Ruhani 21,6 milyon seçici səsi toplayıb.

Səslərin sayına görə ikinci yerdə ayətulla İbrahim Raisi qərarlaşıb. O, 14 milyon seçici səsi toplayıb.

"Hər şey başa çatdı. Ruhani qalib gəlib"– deyə mənbə agentliyə bildirib. O, həmçinin qeyd edib ki, hələlik təxminən 4 milyona yaxın səs hesablanmayıb. 

Son xəbərlər

Orphus sistemi