Hər 30 saniyədə bir parisli koronavirusa yoluxur

Hər 30 saniyədə bir parisli koronavirusa yoluxur Fransanın paytaxtı Parisdə hər 30 saniyədən bir koronavirusa yeni yoluxma faktı qeydə alınır.
Digər ölkələr
3 Noyabr , 2020 20:29
Hər 30 saniyədə bir parisli koronavirusa yoluxur

Fransanın paytaxtı Parisdə hər 30 saniyədən bir koronavirusa yeni yoluxma faktı qeydə alınır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın səhiyyə naziri Olive Veran bildirib.

O, koronavirusa qarşı karantin rejimi tətbiqinə baxmayaraq, Paris meri Ann İdalqonun şəhərdə kiçik kitab mağazası açmaq təklifini tənqid edərək deyib: “Yəqin mer Paris xəstəxanalarına hər 15 dəqiqədən bir COVID-19-a yoluxan yeni pasiyentlərin gətirildiyindən xəbərsizdir. Yəqin o, hər 30 saniyədən bir parislinin koronavirusa yoluxmasına da diqqət yetirmir”.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronun sərəncamı əsasında oktyabrın 30-dan azı dekabrın 1-dək karantin rejimi tətbiq edilib. Bütün kafe, restoran, barlar, idman zalları və klublar bağlanıb. Fransada koronavirusa indiyədək 1,4 milyon nəfər yoluxub, 37,5 min nəfər isə bu virusdan ölüb.

Son xəbərlər

Orphus sistemi