HƏMAS atəşkəs üçün şərtlərini açıqlayıb

HƏMAS atəşkəs üçün şərtlərini açıqlayıb İsrail Fələstinin radikal HƏMAS hərəkatının tələblərini qəbul edərsə, 1-2 gün ərzində atəşkəs razılaşmasına nail olmaq mümkündür.
Digər ölkələr
3 Mart , 2024 14:05
HƏMAS atəşkəs üçün şərtlərini açıqlayıb

İsrail Fələstinin radikal HƏMAS hərəkatının tələblərini qəbul edərsə, 1-2 gün ərzində atəşkəs razılaşmasına nail olmaq mümkündür.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” nəşrinə hərəkatın nümayəndəsi məlumat verib.

“İsrail HƏMAS-ın məcburi köçkünlərin Qəzza zolağının şimalına qayıtması və humanitar yardımın artırılması da daxil olmaqla tələbləri ilə razılaşarsa, bu, növbəti 24-48 saat ərzində atəşkəs razılaşmasına zəmin yarada bilər”, - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi