Bakı. 7 fevral. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələrinin vertolyotları Hələb şəhərinin müxalifətçilərin nəzarəti altında olan rayonlarından birinə iki çəllək bombası atıb.
"Report" xəbər verir ki, "Associated Press"in yerli mənbələrə istinadən verdiyi məlumata görə, nəticədə ən azı 47 nəfər həlak olub.
Bombardman fevralın 6-na keçən gecə, "İslam ordusu" terrorçularının Dəməşqi raket atəşinə tutmasından sonra həyata keçirilib. Paytaxtın raket atəşinə tutulması nəticəsində on nəfər ölüb.
Xatırladaq ki, BMT-nin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlayandan 200 mindən artıq insan həyatını itirib.