Yuxarı

​Hələb şəhərində partlayış nəticəsində 23 nəfər ölüb

Ölənlərin əksəriyyəti Əhrar əş-Şam terror qruplaşmasının üzvləri olub

Bakı. 26 yanvar. REPORT.AZ/ Suriyanın Hələb şəhərində törədilən partlayış nəticəsində ən azı 23 nəfər ölüb, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Syrian Observatory for Human Rights" təşkilatına istinadən "Reuters" məlumat yayıb.

Ölənlərin əksəriyyəti prezident Bəşər Əsədə müxalif olan "Əhrar əş-Şam" terror qruplaşmasının üzvləri olub. Hüquq müdafiəçilərinin sözlərinə görə, partlayış Sukari rayonunda yerləşən nəzarət buraxılış məntəqəsində baş verib. Kamikadze yük maşını ilə posta hücum edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi