Havay adalarında lava partlaması nəticəsində 20-dən çox adam xəsarət alıb

Havay adalarında lava partlaması nəticəsində 20-dən çox adam xəsarət alıb Bakı. 17 iyul. REPORT.AZ/ Havay adalarında lava partlaması nəticəsində 23 nəfər xəsarət alıb.
Digər ölkələr
17 İyul , 2018 09:34
Havay adalarında lava partlaması nəticəsində 20-dən çox adam xəsarət alıb

Bakı. 17 iyul. REPORT.AZ/ Havay adalarında lava partlaması nəticəsində 23 nəfər xəsarət alıb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Belə ki, partlayışdan sonra böyük lava parçası turistləri Kilauea vulkanından gələn lava kütləsinin okeana necə axdığına baxmağa aparan gəzinti gəmisinin damına düşüb.

Qadın sərnişinlərdən birinin ayağı qırılıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Daha üç nəfər də xəstənaya aparılıb. Doqquz nəfər üzü yanıq və sıyrıntı xəsarətləri ilə tibbi yardım üçün müraciət edib, on nəfərə isə gəmi sahilə çatan kimi lazımi yardım göstərilib.

Son xəbərlər

Orphus sistemi