Belçikada tətilə görə bütün hava limanları bağlanıb

Belçikada tətilə görə bütün hava limanları bağlanıb Bakı. 13 fevral. REPORT.AZ/ Belçikanın hava məkanında təyyarələrin hərəkətinə cavabdeh olan Skeyes şirkəti ümumi tətillə əlaqədar olaraq ölkənin bütün hava limanlarının bağlandığını elan edib.
Digər ölkələr
13 Fevral , 2019 05:50
Belçikada tətilə görə bütün hava limanları bağlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Belçikanın hava məkanında təyyarələrin hərəkətinə cavabdeh olan "Skeyes" şirkəti ümumi tətillə əlaqədar olaraq ölkənin bütün hava limanlarının bağlandığını elan edib.

Bu barədə "Report" "Figaro" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, məhdudiyyətlər çərşənbə axşamı yerli vaxtla saat 22:00-da qüvvəyə minib və çərşənbə günü saat 22:00-dək qüvvədə olacaq. Belçikanın hava məkanının bağlanmasına ölkədəki ümumi tətil səbəb olub. Tətildə həmçinin hava limanlarının da əməkdaşları iştirak edirlər.

Tətildə iştirakı həmçinin müşayiətçi xidmətlərin nümayəndələri - dispetçerlər, xilasedici briqadaları və aeroportlara xidmət edən polis də elan edib.

Daha əvvəl Belçikada silahlı hücum nəticəsində Türkiyə vətəndaşları yaralanıb.

Son xəbərlər

Orphus sistemi