"Haqibis" tayfunu Yaponiyanın kənd təsərrüfatına 902 milyon dollar ziyan vurub

"Haqibis" tayfunu Yaponiyanın kənd təsərrüfatına 902 milyon dollar ziyan vurub Yaponiyanı oktyabr ayında cənginə alan Haqibis tayfununun Yaponiyanın kənd və balıqçılıq təsərrüfatına vurduğu ziyan təqribən 98 milyard yenə (902 milyon dollardan çox) çatır.
Digər ölkələr
24 Oktyabr , 2019 10:54
Haqibis tayfunu Yaponiyanın kənd təsərrüfatına 902 milyon dollar ziyan vurub

Yaponiyanı oktyabr ayında cənginə alan "Haqibis" tayfununun Yaponiyanın kənd və balıqçılıq təsərrüfatına vurduğu ziyan təqribən 98 milyard yenə (902 milyon dollardan çox) çatır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə tayfundan ziyan görmüş 38 prefektura barədə məlumatları ümumiləşdirən milli ictimai televiziya məlumat yayıb.

Bu qiymətləndirməyə görə, axtarış-xilasetmə işləri aparıldıqca ziyanın miqdarı da artacaq.

Qeyd edək ki, oktyabrın 12-13-də Yaponiya sahillərində tüğyan edən "Haqibis" tayfunu 7 min kənd təsərrüfatı obyektinə, düyü zəmilərinə, meyvə bağlarına ziyan vurub. Balıqçılıq limanları, dəniz məhsullarının emalı üzrə sahilyanı fabriklər ciddi zərər görüb.

Son xəbərlər

Orphus sistemi