Hamburqda G20 sammiti ərəfəsində "Porsche" avtosalonu yandırılıb

Hamburqda G20 sammiti ərəfəsində "Porsche" avtosalonu yandırılıb Sammit 100 min adamın iştirak edə biləcəyi kütləvi etiraz aksiyaları ilə müşayiət olunacaq
Digər ölkələr
6 İyul , 2017 10:42
Hamburqda G20 sammiti ərəfəsində Porsche avtosalonu yandırılıb
Autogo.ca

Bakı. 6 iyul. REPORT.AZ/ İyulun 6-na keçən gecə Hamburqda avtosalonun park ərazisində olan səkkiz "Porsche" markalı avtomobil yandırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, yerli polis olay yerində aşkarlanan fraqmentlərə görə, hadisənin kiminsə tərəfindən yanğın törədilməsi kimi xarakterizə edilə biləcəyini qeyd edib.

Müstəntiqlər bahalı maşınlarla dolu avtosalonun yandırılması çox güman, Hamburqda keçiriləcək "Böyük iyirmilik" (G20) sammit ilə bağlıdır. İsti izlərdə yanğını törədənləri tapmaq mümkün olmayıb.

Qeyd edək ki, G20 liderlərinin görüşü iyulun 7-8-də baş tutacaq, nümayəndə heyətlərinin əksəriyyətinin rəhbərləri artıq bu gün şəhərə gələcək. Sammitin 100 min adamın iştirak edə biləcəyi kütləvi etiraz aksiyaları ilə müşayiət olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi