Türkiyə və Yunanıstanın XİN başçıları görüşüb - YENİLƏNİB

Türkiyə və Yunanıstanın XİN başçıları görüşüb - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı George Gerapetritis ilə görüşüb.
Digər ölkələr
5 Sentyabr , 2023 12:08
Türkiyə və Yunanıstanın XİN başçıları görüşüb - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşüb.

“Report” xəbər verir ki, görüş Ankarada keçirilib.

Tərəflərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

10:48

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada yunanıstanlı həmkarı Yorgo Gerapetritis ilə görüşəcək.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, görüşdə ikitərəfli əlaqələr müzakirə olunacaq.

"Bir müddət əvvəl NATO Zirvəsində Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşü olmuşdu. Mitsotakis Türkiyə ilə yaxınlaşma istəklərini dilə gətirmişdi. Seçki zamanı da iki ölkə arasında mülayim mesajlaşmalar oldu. Bu gün həmin mülayim atmosferi davam etdirəcək addımlar atıla bilər", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi