Haitidə zəlzələ qurbanlarının sayı 2 189 nəfərə çatıb

Haitidə zəlzələ qurbanlarının sayı 2 189 nəfərə çatıb Haitidə zəlzələ zamanı ölənlərin sayı artıb.
Digər ölkələr
19 Avqust , 2021 08:20
Haitidə zəlzələ qurbanlarının sayı 2 189 nəfərə çatıb

Haitidə zəlzələ zamanı ölənlərin sayı artıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Məlumata görə, təbii fəlakət zamanı ölənlərin sayı 2 189 nəfərə çatıb. Təbii hadisə zamanı 12 mindən çox insan yaralanıb, 100 min ev dağılıb.

Qeyd edək ki, şənbə günü Haiti adasının qərbində 7,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı Peti-Tru-de-Nip yaşayış məntəqəsinin yaxınlığında, yerin 10 kilometr dərinliyində yerləşib.

Son xəbərlər

Orphus sistemi