Bakı. 11 yanvar. REPORT.AZ/ Bir neçə gündür davam edən aramsız yağışlar Haitinin şimal-şərqində güclü daşqınlara gətirib çıxarıb.
“Report” TASS-a istinadən xəbər verir ki, nəticədə azı 6 nəfər təbii fəlakətin qurbanı olub.
Bildirilir ki, onlarla ev tamamilə dağılıb, bir çox kəndlilər bütün məhsullarını itiriblər.
Meteoroloqlar ölkədə güclü yağışların hələ bir neçə gün də davam edəcəyi barədə xəbərdarlıq ediblər.