Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb

Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb Haitinin şimalındakı Kap-Aytien şəhərində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb.
Digər ölkələr
21 Dekabr , 2021 01:08
Haitidə benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb

Haitinin şimalındakı Kap-Aytien şəhərində yanacaqdaşıyan tankerin partlaması nəticəsində ölənlərin sayı 90-a çatıb.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edilir ki, yaralıların çoxu ağır vəziyyətdədir.

Hadisə dekabrın 14-də olub. Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayış baş verib.

Əraziyə yaxın onlarla binaya ziyan dəyib.

Haiti hakimiyyəti faciə ilə əlaqədar üç günlük milli matəm elan edib.

Son xəbərlər

Orphus sistemi