Bakı. 9 mart. REPORT.AZ/ Antisiklonla əlaqədar Güclü külək və leysan Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) öz cənginə alıb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, güclü külək binaların dam örtüyünə ziyan vurub, şiddətli yağışlar səbəbindən isə küçə və dayanacaqları sel basıb.
Bundan başqa, Əbu-Dəbi hava limanı, bütün məktəblər və inzibati binalar bağlanılıb.
BƏƏ polisi sürücüləri yollarda sürəti azaltmağa və diqqətli olmağa çağırıb.