G7 ölkələri Suriyaya görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları müzakirə edəcəklər

G7 ölkələri Suriyaya görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları müzakirə edəcəklər İtaliyanın Lukka şəhərində "Yeddilər qrupu" ölkələrinin XİN başçılarının görüşü çərçivəsində Suriya məsələsi üzrə xüsusi iclas keçirilir
Digər ölkələr
11 Aprel , 2017 12:52
G7 ölkələri Suriyaya görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaları müzakirə edəcəklər

Bakı. 11 aprel. REPORT.AZ/ "Böyük yeddilik" ölkələrinin xarici işlər nazirləri və onların Yaxın Şərqdən olan tərəfdaşları Suriya münaqişəsi və bu məsələdə Rusiyanın rolu üzrə vahid mövqe işləyib hazırlamaq məqsədi ilə İtaliyada bir araya gəliblər.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu gün səhər başlayan görüşdə G7 ölkələrinin xarici işlər nazirləri ilə yanaşı, onların Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Qətərdən olan tərəfdaşları iştirak edir.

Görüşdə G7 ölkələri Suriya məsələsinə görə, Rusiyaya qarşı sanksiyalar tətbiq edilməsi imkanlarını müzakirə edəcəklər.

Xatırladaq ki, G7 ölkələrinin xarici işlər nazirlərinin görüşü 10-11 aprel tarixlərində İtaliyanın Lukka şəhərində keçirilir.

XİN başçılarının bu görüşü həm də may ayının sonuna təyin edilmiş G7 ölkələrinin Siciliyadakı sammitinə hazırlıq məqsədi daşıyır.

Son xəbərlər

Orphus sistemi