G20 maliyyəçiləri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcək

G20 maliyyəçiləri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcək Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.
Digər ölkələr
11 Fevral , 2020 12:41
G20 maliyyəçiləri koronavirusun dünya iqtisadiyyatına təsirini müzakirə edəcək

Yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyinin yayılmasının dünya iqtisadiyyatına təsiri fevralın 22-23-də Səudiyyə Ərəbistanında keçiriləcək G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün əsas mövzusu olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları məhsul tədarükü zəncirinin pozulmasına və turist axınının azalmasına səbəb olan mövcud vəziyyətlə əlaqədar mümkün əks-tədbirlər barədə müzakirə aparacaqlar.

Qeyd edək ki, yeni növ koronavirusun səbəb olduğu sətəlcəm xəstəliyi 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərindən yayılmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi