Koronavirusdan ölənlərin və yoluxanların sayı artdı - YENİLƏNİB

Koronavirusdan ölənlərin və yoluxanların sayı artdı - YENİLƏNİB Çində koronavirusdan ölənlərin sayı artıb.
Digər ölkələr
11 Fevral , 2020 04:32
Koronavirusdan ölənlərin və yoluxanların sayı artdı - YENİLƏNİB

Çində koronavirusdan ölənlərin sayı artıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, virusdan ölənlərin sayı 1016 nəfərə çatıb. Ölkədə virusa yoluxanların sayı 42 638 nəfərə çatıb.

Qeyd edilir ki, virusa yoluxmuş 3996 nəfər sağalaraq xəstəxanalardan evə buraxlıblar. 


***02:27

Çinin Hubey əyalətində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 974 nəfərə çatıb.

Qeyd edilir ki, əyalətdə gün ərzində 2019-nCoV virusundan 103 nəfər ölüb. Ölkənin 2222 sakini sağalaraq evə buraxılıb.

Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, virusa yoluxma sayı 31 728 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi