Fukuşima polisi TEPKO-nun 32 rəhbəri barəsində iddia qaldırıb

Fukuşima polisi TEPKO-nun 32 rəhbəri barəsində iddia qaldırıb Radioaktiv mayenin okeana axmasına imkan vermiş 32 rəhbər məsuliyyətə cəlb olunmalıdır
Digər ölkələr
3 Oktyabr , 2015 08:30
Fukuşima polisi TEPKO-nun 32 rəhbəri barəsində iddia qaldırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Fukuşima prefekturasının polisi yerli sakinlərin tələbini nəzərə alaraq “Fukusima-1” atom elektrik stansiyasının operatoru olan “Tokyo Elelctric Power Co.” (TEPKO) şirkəti və onun radioaktiv mayenin okeana axmasına imkan vermiş 32 rəhbəri barəsində cinayət işinin qaldırılması üçün sənədləri prokurorluq orqanlarına göndərib.

Prefektura sakinləri 2013-cü ilin avqustunda sisternlərdən dənizə yüksək radiasiyalı maye axdıqdan sonra polisə müraciət edib. Həmin vaxt bir litrin tərkibində 80 milyon bakkerel stronsium (normada bu 10 bakkarel təşkil etməlidir) olan 300 ton maye dənizə axmışdı. Atom Energetikasına Nəzarət Komitəsi həmin axıntıya İNES cədvəli üzrə üçüncü dərəcə vermişdi. Şirkətdən etiraf etmişdilər ki, həm bu, həm də digər sızmalar zamanı mayenin bir hissəsinin okeana düşməsi tamamilə mümkündür.

Uzun müzakirələrdən sonra polis “İnsanların sağlamlığına zərər yetirməklə ətraf mühitə ziyan vurulması” barədə qanunun pozulması ilə bağlı sənədlərin cinayət işinin açılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, TEPKO şirkəti reaktorların soyudulması zamanı əmələ gələn suyu sisternlərdə saxlayır. Bu, qəzanın nəticələrini aradan qaldıranlar üçün ən ciddi problemlərdən biridir. Martın ortalarına olan məlumata görə, burada 600 min ton belə su toplanıb və hər gün bu həcm 300 kubmetr artır. Radioaktiv suyun həcmini azaltmaq üçün TEPKO çoxmərhələli ALPS sistemindən istifadə edir. Bununla yanaşı, şirkət yeraltı suların hərəkətinə mane olan və okeana sızmaların qarşısını alan sədlərdən də istifadə edir.

Son xəbərlər

Orphus sistemi