FT: ABŞ tankerlərin Hörmüzdən keçidi üçün vaxt intervalını azaldıb
Digər ölkələr
- 12 sentyabr, 2026
- 10:51
ABŞ Hörmüz boğazından keçən tankerlərin hərbi mühafizənin təmin oluna biləcəyi müəyyən vaxt intervallarında hərəkət etməsinə çağırıb.
"Report"un "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə "Financial Times" yazır.
Bu addım gecə saatlarında boğazdan keçən gəmilərə İranın hücumlarının güclənməsi ilə əlaqədardır.
Nəşrin məlumatına görə, may ayından etibarən Vaşinqton Omanın cənub sahilləri boyu marşrutla boğazdan keçən gəmiləri hava mühafizəsi ilə təmin edir.
FT qeyd edir ki, sentyabrın əvvəllərində hərbi-dəniz koordinasiya mərkəzi dənizçilik sahəsində məsləhətçilərə gəmilərin mühafizə təminatından yararlana biləcəyi müddətin azaldılması və sutka ərzində iki konkret vaxt intervalında təqdim edilməsi barədə məlumat verib.
Son xəbərlər
16:19
"Aston Martin" Bakı Qran-prisində AMR26 bolidinin son yenilənməsini təqdim edəcək
Formula 116:16
Foto
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb - YENİLƏNİB
Hadisə16:14
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
Futbol16:10
Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Sənaye15:55
"Sabah" basketbol komandası yoxlama oyununda "Ordu"ya qalib gəlib
Komanda15:48
Almaniya və Oman Hörmüz və Bab-əl-Məndəb boğazlarındakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr15:47
Ər-Riyad hava limanı yaxınlığında alov və qara tüstü görünüb
Digər ölkələr15:46
Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Sənaye15:44
Foto