Paris Notr-Dam kilsəsinin bərpası 10-15 ilə başa gələcək

Paris Notr-Dam kilsəsinin bərpası 10-15 ilə başa gələcək Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək.
Digər ölkələr
16 Aprel , 2019 23:03
Paris Notr-Dam kilsəsinin bərpası 10-15 ilə başa gələcək

"Notr-Dam-de-Parinin bərpası 10-15 ilə başa gələcək".

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, bu sözləri Fransanın Tarixi Abidələrin Bərpası Şirkətləri Qrupunun (GMH) nümayəndəsi Frederik Letoffe jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

F.Letoffe qeyd edib ki, son 2-3 saatda bununla bağlı çox fikirlər səslənib: "Hətta kilsənin 3-4 ilə bərpa etməyin mümkünlüyündən də danışıldı. Lakin real vəziyyət başqadır. Biz abidəni bərpa etməzdən əvvəl onun tam təhlükəsizliyini təmin etmək üçün üzərində işləməliyik. Birinci mərhələ isə məhv olmuş tavanın yerinə çətir ilə böyük "iskele" tikməkdən ibarət olacaq".

Ekspert bərpa işlərinin 3 mərhələdən ibarət olacağını əlavə edib.

Mətbuat konfransında iştirak edən ekspertlər ümumilikdə abidənin çökmək fərziyəsini təkzib ediblər. Lakin tikilinin soyuduqca bəzi yerdəyişmə hallarına məruz qala biləcəyi ehtimalı hələ də qalır.

Son xəbərlər

Orphus sistemi