Yanğın zamanı Paris Notr-Dam kilsəsinin uçmasının qarşısı alınıb

Yanğın zamanı Paris Notr-Dam kilsəsinin uçmasının qarşısı alınıb Paris Notr-Dam kilsəsinin uçmasına 15-30 dəqiqə qalmış paytaxtın yanğınsöndürmə xidmətinin əməkdaşları faciənin qarşısını alıblarmış.
Digər ölkələr
16 Aprel , 2019 17:19
Yanğın zamanı Paris Notr-Dam kilsəsinin uçmasının qarşısı alınıb
Reuters

"Paris Notr-Dam kilsəsinin uçmasına 15-30 dəqiqə qalmış paytaxtın yanğınsöndürmə xidmətinin əməkdaşları faciənin qarşısını alıblarmış".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes jurnalistlərə bildirib.

DİN rəsmisi fəlakətin qarşısını almaq üçün əsas vəzifəni binanın içində yanğını söndürməyə başlayan əməkdaşların yerinə yetirdiyini qeyd edib: "Kilsə içində təhlükəsizlik tədbirlərinin 48 saat vaxt aparacaq, yalnız bundan sonra mütəxəssislər hələ də içəridə olan sənət əsərlərinə baxa biləcəklər".

Son xəbərlər

Orphus sistemi