Fransua Benedetti: “Fransa korsikalıların hüquqlarını pozur”

Fransua Benedetti: “Fransa korsikalıların hüquqlarını pozur” “Fransa korsikalıların hüquqlarını pozur, onlara münasibətini bir sözlə ifadə etmək olar: ədalətsizlik”.
Digər ölkələr
19 Oktyabr , 2023 16:39
Fransua Benedetti: “Fransa korsikalıların hüquqlarını pozur”

“Fransa korsikalıların hüquqlarını pozur, onlara münasibətini bir sözlə ifadə etmək olar: ədalətsizlik”.

“Report” xəbər verir ki, bunu “Corsica Libera” partiyasının nümayəndəsi Fransua Benedetti mətbuat konfransında deyib.

“Korsikada hələ də insan haqlarına riayət olunmur, hətta keçmişdə öz konstitusiyamız olanda belə, Fransa bunu qəbul etməyib, qırğın törədib. Hətta normal tibbi müəssisələrimiz də yoxdur”, - o vurğulayıb.

Onun sözlərinə görə, Korsika sakinləri normal tibbi xidmət almaq üçün Fransanın böyük şəhərlərinə getməli olurlar.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Son xəbərlər

Orphus sistemi