Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib
Digər ölkələr
- 13 dekabr, 2024
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
“Report” xəbər verir ki, bu barədə BFM TV Yelisey sarayına istinadən məlumat yayıb.
Qeyd edək ki, 73 yaşlı Fransua Bayru Fransa siyasətinin veteranıdır. 1993-1997-ci illərdə milli təhsil naziri olub. 2017-ci ildə o, qısa müddət ərzində Ədliyyə Nazirliyinə rəhbərlik edib. O, 2002, 2007 və 2012-ci illərdə keçirilən prezident seçkilərində namizədliyini irəli sürüb.
Bayrunun partiyası prezidentyönümlü "Birlikdə" siyasi koalisiyasına daxildir.
Son xəbərlər
10:05
Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
İnfrastruktur
10:04
TƏBİB: Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Sağlamlıq
10:03
Foto
NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub
Hərbi
10:01
Azərbaycan güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
09:56
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb
Biznes
09:55
Foto
Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici siyasət
09:54
Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var
Digər ölkələr
09:53
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
İnfrastruktur
09:52
Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb
Digər ölkələr