Fransanın Yeni Kaledoniya ərazisi müstəqillik haqqında referendumu payızda keçirəcək

Fransanın Yeni Kaledoniya ərazisi müstəqillik haqqında referendumu payızda keçirəcək Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur
Digər ölkələr
19 Mart , 2018 14:52
Fransanın Yeni Kaledoniya ərazisi müstəqillik haqqında referendumu payızda keçirəcək

Bakı. 19 mart. REPORT.AZ/ Yeni Kaledoniya Konqresində Fransadan müstəqillik haqqında referendumun bu il noyabrın 4-də keçirilməsi səs çoxluğu ilə təsdiqlənib. 

Bu barədə "Report" "İnterfaksa" istinadən xəbər verir.

Referendumun lehinə 38, əleyhinə 14 deputat səs verib, 2 nəfər bitərəf qalıb.

Referendum 1998-ci ilin Numea sazişi çərçivəsində təşkil olunacaq. Müstəqillik müdafiə, təhlükəsizlik, ədliyyə və valyuta ilə bağlı sahələr istisna olmaqla bir sıra sahələrə nəzarətin tədricən yerli hökumətə keçməsini nəzərdə tutur.

Yeni Kaledoniya – Fransanın Sakit Okeanda yerləşən xarici ərazisidir. 1998-ci ildə arxipelaqda müstəqillik haqqında referendum keçirilib. Həmin vaxtlar yerli sakinlər siyasətçilərin təşəbbüsünü dəstəkləməyiblər.

Son xəbərlər

Orphus sistemi